Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 14:08
Son bir-iki ayda Azərbaycan-Ermənistan sərhədindən az qala hər gün atışma xəbərləri gəlir. Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun sovet dövrü xəritələri əsasında ölkənin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə çıxması və orada əlverişli mövqelərdə möhkəmlənməsi ilə barışmaq istəmir. Sərhədlərin delimitasiyasına və demarkasiyasına dair danışıqlar aparmaq, böyük sülh sazişi üzərində işləmək əvəzinə yeni eskalasiyaya əl atır. O cümlədən son günlərdə Ermənistan hərbi rəhbərliyi yenidən davakar ritorikaya qayıdıb və "Azərbaycan ordusuna qarşı bütün vasitələrin tətbiq ediləcəyi" barədə lovğa bəyanatlar səsləndirir. Hərçənd bu cür lovğa bəyanatların və davakar ritorikanın, sülh danışıqlarını pozmağın 44 günlük müharibədən sonra hansı nəticələrə gətirib çıxardığını Ermənistanda gərək unutmasınlar.