Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 14:16
"Microsoft" korporasiyası tərəfindən istifadəyə verilmiş "FastTrack" xidməti şirkətlərə "Windows 7" əməliyyat sistemindən "Windows 10" sisteminə keçməyə kömək edəcək.
"Biz "FastTrack" xidmətinin köməyi ilə sizə texniki plan tərtib etməkdə, yeni xidmətləri qoşub tətbiq etməkdə və ya yeni istifadəçiləri əlavə etməkdə kömək edəcəyik. Biz tətbiq etmə prosesində sizinlə birgə işləyəcəyik" – "Microsoft 365" bölməsinin direktoru Bob Devis deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Microsoft"un xidmətlərinə ən azı 150 lisenziyası olan şirkətlər "FastTrack" xidmətindən ödənişsiz istifadə edə bilərlər.
2020-ci il yanvarın 14-də "Windows 7" əməliyyat sisteminin ödənişsiz dəstəyi dayandırılır və "Microsoft" korporasiyası istifadəçilərə yeni "Windows 10" sisteminə keçid haqqında xatırlatmağa davam edir.
Ancaq "Microsoft" korporasiyası "Windows 7" üçün genişləndirilmiş dəstək xidməti – "ESU" (Extended Security Updates) təklif edəcək. Sözügedən xidmət ödənişli olacaq və çoxlu sayda kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.
Emil Hüseynov