Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 14:50
Türkiyənin şimal ərazisində Bartın, Sinop, Kastamonu vilayətlərinə fasiləsiz yağışlar daşıqn və selə səbəb olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, çox sayda yaşayış yerləri və iş yerlərini su basıb, sel bəzi bölgələrdə sürüşməyə səbəb olub.
Bartının Zəfər kəndinin muxtarı Vasfi Yaman CNN-Türkə bildirib ki, selin dağıntılarından Ulus rayon mərkəzilə əlaqə itib, bəzi evlər uçub və mal-qara təlfəf olub, 80 yaşlı bir qadın itkin düşüb, bir nəfər ürək çatışmazlığından vəfat edib, xəsarət alanlar var.
Bartın-Karabük yolu çöküb, sel-suları altında qalan iki kənd təxliyə olunur.
Sinopun bələdiyyə sədri Barış Ayhan bildirib ki, sel nəticəsində yollar bağlanıb, bir xəstəxana təxliyə olunub, bir fabriki su basıb, işçilər xilas edilib.
Kastamonuda isə sel sürüşməyə səbəb olub, iki avtomobil torpaq altında qalıb.
Meteoroloqlar bu gün Türkiyənin Qaradəniz sahilində yerləşən bəzi rayonlarında və Tokat, Erzincan, Gümüşhane, Bayburtda güclü yağışların olacağı ilə bağlı xəbərdarlıq edib.