Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada 20 milyon rəqəmsal vaksin sertifikatı verilib

İtaliyada 20 milyon rəqəmsal vaksin sertifikatı verilib

Tarix: 11 Avqust 2021 20:16

İtaliyada avqustun 6-dan tətbiqinə başlanılan "Yaşıl keçid kartı" ("Green pass" və ya vaksin sertifikatı) tətbiqi çərçivəsində indiyədək 20 milyon rəqəmsal sertifikat verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu səhiyyə naziri Roberto Speranza deyib.

Qeyd edək ki, İtaliya hökuməti COVID-19-a yoluxma sayındakı artımın və "delta" ştamının yayılmasının qarşısının alınması, eləcə də vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə ötən cümə günü sərtləşdirilmiş qaydaları və peyvənd olunmayanlar üçün ciddi məhdudiyyətləri açıqlayıb. Belə ki, qaydalara əsasən, muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarında vaksin sertifikatı tələb edilir. "Green pass" insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir və 12 yaşdan kiçik uşaqlara şamil edilmir. Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir.

Sentyabrın 1-dən etibarən isə məktəblər və universitetlərdə "Green pass"ın təqdim edilməsi məcburi olacaq.

Xatırladaq ki, Baş nazir Mario Draqi və səhiyyə naziri Roberto Speranzanın təklifi ilə İtaliyada xüsusi karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb.

Milli.Az


Etiketlər:  İtaliyada 20 milyon rəqəmsal vaksin sertifikatı verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ