Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 20:40
Gürcüstan koronavirus infeksiyasının yayılma sürəti baxımından dünyada ikinci yerə yüksəlib.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb. Məlumata əsasən, bu ölkədə 100 min sakinə yüzdən çox yoluxmuş şəxs düşür.
Nəşrin məlumatına görə, birinci pillədə bu göstərici əsasında Men adası yer alıb. Burada 85 min nəfər yaşayır.
Ölkədəki hazırki vəziyyətə münasibət bildirən səhiyyə naziri Yekaterina Tikaradze deyib ki, qeydə alınan yeni yoluxma hallarının əksəriyyəti "Delta" ştammı ilə yoluxmadır. O əlavə edib ki, ölkənin hazırda koronavirus baxımından çətin vəziyyətdə qalmasının əsas səbəbi koronavirusun "Delta" ştammıdır.
Qeyd edək ki, qonşu ölkənin Baş infeksionisti Tengiz Çerçvadze bu yaxınlarda qeyd edib ki, Gürcüstanın səhiyyə sistemi yaranmış vəziyyətə tab gətirməyə və koronavirusa yoluxmuş xəstə axınının qəfil artmasının öhdəsindən gəlməyə bilər. /medicina.az