Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda humanitar fəlakət başlayır

Əfqanıstanda humanitar fəlakət başlayır

Tarix: 13 Avqust 2021 18:08

"Əfqanıstanda vəziyyət getdikcə gözlənilməz hal alır və humanitar fəlakətin bütün əlamətlərinə sahibdir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Dünya Qida Proqramının rəsmi nümayəndəsi Tomson Piri bu gün keçirilən brifinqdə deyib. 

"Biz ən pis vəziyyətin hələ qarşıda olduğundan və aclığın ən böyük dalğasının yaxınlaşmasından ehtiyat edirik. Sirr deyil ki, vəziyyət pisləşib və daha da gözlənilməz hal alır. Münaqişə biz düşündüyümüzdən daha sürətlə inkişaf edir. Vəziyyət humanitar fəlakətin bütün əlamətlərinə sahibdir", - deyə Tomson Piri vurğulayıb. 

Onun sözlərinə görə, hazırda Əfqanıstanın hər üçüncü sakini sabah nə yeyəcəyini bilmir. 2 milyon uşağın isə əlavə qidaya ehtiyacı var. Bununla yanaşı, quraqlığın ikinci dalğasından sonra məhsulun həmişə olduğundan daha az olacağı proqnozlaşdırılır.

Milli.Az


Etiketlər:  Əfqanıstanda humanitar fəlakət başlayır


RƏYLƏR