Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 23:02
Latviyada iyul ayında istehlak qiymətlərində artım tendensiyası müşahidə olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Statistika Bürosu yayıb.
Bildirilib ki, istehlak qiymətlərində dəyişikliklərə daha çox ərzaq məhsullarının, kirayə mənzillərin bahalaşması təsir göstərib.
Qeyd edilib ki, istehsal xərclərinin artması və müxtəlif endirim aksiyalarının başa çatması səbəbi ilə süd və süd məhsulları 4,1 faiz, tərəvəzlər 1,1 faiz bahalaşıb.
Büronun məlumatına əsasən, cari ilin iyul ayında otel və sanatoriya xidmətləri, turist səfərləri, nəqliyyat xidməti və təmiri də bahalaşıb. Aksiz vergisinin tətbiqi ilə əlaqədar olaraq təbii qazın qiyməti 31,5 faiz artıb. Həmçinin balonlarda mayeləşdirilmiş qazın qiyməti də bahalaşıb.