Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 12:40
Əfqanıstanda vəziyyətin kəskinləşməsi ilə əlaqədar Avropa İttifaqı ölkələri miqrant və narkotik axınına hazırlaşmalıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici Əlaqələr Şurasının üzvü, hərbi ekspert Qustav Qressel deyib.
"Avropa Əfqanıstandan Rusiya, Türkiyə, Belarus və Rusiya kimi ölkələr vasitəsi ilə gələcək miqrant və narkotik qaçaqmalçılığı fəsadlarına hazırlaşmalıdır. Son illərdə bu problemlərin dərinləşdiyi aydındır", - deyə ekspert bildirib.
Qeyd edək ki, Əfqanıstanda Taliban radikal qruplaşması sürətlə irəliləməkdədir.