Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2019 23:21
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində mənzilin eyvanından su borusunun asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.
Nazirlikdən Trend-ə verilən məlumaat görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin