Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdiyini elan etdi - YENİLƏNİB - VİDEO

“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdiyini elan etdi - YENİLƏNİB - VİDEO

Tarix: 15 Avqust 2021 14:46

14:43

Əfqanıstanın Xost şəhəri radikal "Taliban" hərəkatının nəzarəti altına keçib.  

Sonxeber.net xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid tvitter səhifəsində bildirib.

"Xost əyalətinin paytaxtı Xost şəhəri nəzarətimiz altına keçdi. Bir müddət əvvəl əyalətin qubernatoru, polis rəisi, kəşfiyyat xidməti və digər idarə orqanları tamamilə ələ keçirildi", - paylaşımda deyilir.  

Həmçinin qeyd olunur ki, hakimiyyət qüvvələri böyük itki verib, öz mövqelərini tərk edib, silah-sursatı atıb qaçıblar.

Daha əvvəl "Taliban" Mahmudraki və Bamian şəhərlərinin nəzarətləri altına keçdiyini elan edib.

--------

13:18

Əfqanıstanda hakimiyyət radikal "Taliban" hərəkatına dinc yolla veriləcək.

Sonxeber.net "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib. O, qeyd edib ki, radikal hərəkatən silahlıları paytaxta hücum etməyəcəklər.

--------

12:47

Radikal "Taliban" hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.

Sonxeber.net bildirir ki, bu barədə "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahid Twitter səhifəsində bildirib.

Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.

Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, Taliban rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.

Hazırda telekanal qeyd edir ki, Taliban hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.

----------

11:53

Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"RİA Novosti" agentliyi isə silahlıların paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.


Etiketlər:  Taliban Əfqanıstanın bütün ərazisini ələ keçirdiyini elan etdi YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ