Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 13:40
İngiltərə Premyer Liqasının ilk turunda "Lester" "Vulverhempton"u 1:0 hesabı ilə məğlub edib. Oyundakı yeganə qola 41-ci dəqiqədə Ceymi Vardi imza atıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qoldan sonra etdiyi hərəkətlə gərginliyə səbəb olub. Belə ki, Vardi ləqəbi "qurdlar" olan rəqibin tribunasına yaxınlaşaraq qurd kimi ulayıb.
Bu isə rəqib azarkeşlərin qəzəbinə səbəb olub. Onlar futbolçunu fitə basıb və əleyhinə şüarlar səsləndirib. Vardinin bu hərəkəti rəqibə qarşı hörmətsizlik kimi qəbul edilib və sosial mediada sərt şəkildə tənqid olunub.