Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O, məni çox xoşbəxt edir''

''O, məni çox xoşbəxt edir''

Tarix: 16 Avqust 2021 10:30

"Yazırlar ki, niyə musiqi stilini dəyişdin, səni belə sevirdik. Bu musiqi ilə danışmağı, içimdəki emosiyaları ötürməyi bacarıram. İnsanın ağzını istifadə etmədən danışmağı böyük xoşbəxtlikdir. Kimisə bunu şeirləri, qəzəlləri, çəkdiyi rəsmləri ilə edir...".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev deyib. İfa janrını dəyişərək elektron musiqi səsləndirən sənətçi sualları cavablandırıb:

"2 ildir bu yola çıxmışam. Bu işimə çox məsuliyyətli yanaşıram, övladım kimidir. Məni çox xoşbəxt edir, ona görə də 5-6 saat dayanmadan məşğul oluram. Tədbirə çağırırlar, qonorar deyirəm. Hansı ki, bu janrdan qazandığım puldan 4-5 dəfə çoxdur. Toyda oxumaq bu musiqi janrından asandır. 2 saat çıxıb enerji sərf edirəm, tərləyirəm. Amma toydan qazandığımın qat-qat azı olur. Hələ ki, bu işə pul kimi yanaşmıram".

Milli.Az


Etiketlər:  məni çox xoşbəxt edir


RƏYLƏR