Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobilin üstünə binadan görün nə atdılar - VİDEO

Bakıda avtomobilin üstünə binadan görün nə atdılar - VİDEO

Tarix: 17 Avqust 2021 13:56

Bakıda hərəkətdən olan avtomobilin üstünə çoxmərtəbəli yaşayıs binasından ətir qabı atılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gün paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Sürücü Pərviz Qulamov deyir ki, Qurban Abbasov küçəsində gedərkən 16 mərtəbəli binadan ətir qabını onun maşınının üzərinə atıblar. Şüşə qab avtomobilin alın şüşəsinə düşüb. Bu zaman ön şüşə qırılıb.

Pərviz Qulamov həmin vaxt ətrafa boylanıb, amma şüşə qabı atan şəxsi tapa bilməyib. Sürücü deyir ki, şüşənin qırıq hissəsi avtomobili idarə etməkdə çətinlik yaratdığından, daha doğrusu görməni məhdudlaşdırdığından səhər saatlarında məcbur qalaraq təmir etdirib. 

Məsələ ilə bağlı Pərviz Qulamov polisə məlumat verməyib.

Səbail rayon 8-ci polis bölməsindən bildirildi ki, vətəndaş rəsmi qaydada müraciət etsə, həmin hadisə nəzəratə götürüləcək və araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Bakıda avtomobilin üstünə binadan görün atdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ