Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 11:48
Türkiyənin Əfqanıstandan qoşunlarını çıxarması gözlənilmir, çünki ona qarşı hər hansı aqressiv davranış sərgilənmir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Əfqanıstan parlamentlərarası dostluq qrupunun üzvü İbrahim Aydın deyib.
O bildirib ki, hazırki Taliban 20 il öncə Əfqanıstanı idarə etmiş qruplaşmadan kəskin fərqlənir:
"Taliblər özləri də inanmırdılar ki, belə sürətlə Əfqanıstanı ələ keçirə bilərlər. Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlişi Əfqanıstanın istefa vermiş Prezidenti Əşrəf Qəni və ABŞ-la hər hansı şərtlər daxilində razılaşdırıb. Düşünürəm ki, hərbçilərini geri çəkmək qərarına baxmayaraq, Əfqanıstan indi ABŞ-ın nəzarəti altındadır. Vaşinqton hər hansı vəsait xərcləmədən ölkəni nəzarətdə saxlamağı hədəfləyir".