Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb

Tarix: 15 Avqust 2019 13:08

Bakı. Elçin Mehdiyev - Trend:

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.


Etiketlər:  Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb


RƏYLƏR