Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kür-Araz çaylarında bənd-bərkitmə - VİDEO

Kür-Araz çaylarında bənd-bərkitmə - VİDEO

Tarix: 19 Avqust 2021 14:06

2021-ci ilin 7 ayında ümumilikdə 55,7 km bənd təmir edilib

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin istismari idarəsi tərəfindən bənd-bərkitmə istiqamətində plana uyğun olaraq işlər cari ildə də davam etdirilir. İdarə balansında ümumi uzunluğu 1491,03 km torpaq mühafizə bəndləri vardır. Bəndlərdən 935,88 km Kür çayı, 134.17 km Araz çayı, 421 km isə Dağ çayları boyunca yerləşir. İdarədən verilən məlumata görə 2012-2020-ci illərdə qaya uçmalarının qarşısının alınması məqsədi ilə 12345 pm uzunluğunda 327418 kubmetr həcmində daş betonla sahil bərkitmə işləri aparılıb. 2020-ci ildə isə cari təmir planına uyğun olaraq 4740 kubmetr həcmində, podrat üsulla isə 1910 min kubmetr həcmində torpaq işləri yerinə yetirilib. Həmçinin əsaslı təmir planına uyğun olaraq 1519 pm, cari təmir hesabına isə 288 pm olmaqla ümumilikdə 1807 pm sahil bərkitmə işləri aparılıb.

2020-ci ilin planına uyğun olaraq 578,9 kubmetr həcmində torpaq işləri 2315 pm uzunluğunda 45380 kubmetr həcmində daş-betonla sahil bərkitmə işləri nəzərdə tutulub. Hazırda plana uyğun olaraq Kür çayı boyunca prosses davam etdirilir və Sabirabad rayonu Qasımbəyli və Axtaçı kəndləri ərazisində Kür çayının sərt döngələrində daş-betonla sahil hissə bərkdilir.

Plana uyğun olaraq Artıq Salyan rayonu üzrə Çuxanlıda 90 pm, Noxudlu kəndində 150 pm məsafədə işlər başa çatdırılıb. Daha sonra Qazax rayonunun Birinci Şıxlı, Neftçala rayonu üzrə isə Beşdəli, Qaraümmanı kəndi və Xıllı qəsəbəsində bəndbərkitmə işləri nəzərdə tutulub. Ötən illərdə Kür çayının 2 dəfə daşdığının şahidi olan Sabirabad rayon Qasımbəyi kənd sakini Əlövsət Ənnağıyev söyləyir ki, son illərdə Kür çayı boyunca görülən işlər baş verə biləcək təhlükənin qarşısının alınmasında əhəmiyyətli rola malik olacaq.

İdarədən verilən məlumata görə 2021-ci ilin 7 ayında maşın mexanizmlərin köməyi ilə ümumilikdə 55.7 km bənd təmiri, 61.4 km qayakəsmə, 4.9 km isə məcra təmizlənnməsi işləri görülüb. Adı çəkilən işlər Qazax, Ağcəbədi , Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala və digər rayonların ərazisində Kür çayı boyunca, Saatlı və İmişli rayonlaı ərazisində Araz çayı boyunca, Ucar, Göyçay və Kürdəmir rayonları ərazisində isə dağ çayları boyunca yerləşən mühafizə bəndlərində və çay sahillərndə yerinə yetirilib.


Etiketlər:  Kür Araz çaylarında bənd bərkitmə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ