Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 10:45
Mərhum müğənni Kayahanın qızı Beste Açar açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, B.Açar atasının keçmiş həyat yoldaşı İpək Açarın yenidən evləndikdən sonra hələ də Açar soyadını istifadə etməsinə üsyan edib:
"İki soyad istifadə etmək istəyirsə, qızlıq soyadı var. İki həyat yoldaşının soyadını arxa-arxaya istifadə etmək dünyada ilkdir".
Qeyd edək ki, Kayahan 2015-ci ildə vəfat edib, İpek Açar isə 2019-cu ildə yenidən ailə həyatı qurub.