Tarix: 15 Avqust 2019 15:32
“Linfild”in etdikləri çox yaxşıdır. Komanda fantastik oyun göstərdi. Bu, Şimali İralndiya çempionatı üçün də faydalıdır. Digər klublarımız da bundan ruhlana bilər".Qol.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil belfasttelegraph.co.uk saytına açıqlamasında deyib.
O, Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubunun "Qarabağ"a rəqib olmasına münasibət bildirib. Qeyd edib ki, həmyerlilərini Ağdam klubu ilə çətin oyunlar gözləyir: "Linfild"i “Qarabağ”a qarşı çətin sınaq gözləyir. Ancaq əminəm ki, Devid Hili komandanı “Qarabağ”a qarşı yüksək motivasiya ilə hazırlayacaq”.
Qeyd edək ki, “Qarabağ” "Linfild"lə avqustun 22-də səfərdə, bir həftə sonra isə Bakıda qarşılaşacaq.