Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz - VİDEO

Qəhrəman şəhidimiz - VİDEO

Tarix: 20 Avqust 2021 15:16

Vətən müharibəsi başlayan kimi həmkəndliləri ilə birgə savaşa yollandı, müxtəlif istiqamətlərdə fədakarlıqla savaşdı. Şəhid olaraq Vətənin azadlığına canından can qatdı. Gələcək arzuları, gözü yaşlı qalacaq övladları, doğmaları barədə bir an belə düşünmədi.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Samux rayon sakini Babək Cəfərovdan gedir.

Babək 5 ay hospitalda yatıb, həkimlər onu komadan çıxarmaq üçün mümkün hər şeyi ediblər, ancaq qismətinə şəhid olmaq, doğmalarına qürur duyulacaq bir ad qoymaq düşüb.

Döyüş yoldaşları Babəki qorxmaz, əyilməz bir döyüşçü, düşmənin canına qorxu salan vətən fədaisi kimi xatırlayırlar.

Bəbək Cəfərov ölümündən sonra ''Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qəhrəman şəhidimiz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ