Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ali məktəblərə ixtisas seçimi başlanıb - Nələrə diqqət edilməlidir? - EKSPERT RƏYİ - VİDEO

Ali məktəblərə ixtisas seçimi başlanıb - Nələrə diqqət edilməlidir? - EKSPERT RƏYİ - VİDEO

Tarix: 21 Avqust 2021 11:44

Bu gündən etibarən abituryentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. İxtisas seçimi zamanı bir sıra məslələrə diqqət etmək lazımdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu il 3-cü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır.

Ali məktəbə qəbulda 16567 abituriyent 12 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək. 2-ci qrup üzrə isə 13 642 yer üzrə cəmi 8 000 abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq.

Təhsil üzrə ekspert Fidan Şəmsiyevanın sözlərinə görə, hər bir abituriyent seçim imkanı verilən 15 yerin hər biri üzrə ixtisas qeyd etməlidir. Onun fikrincə, ilk 3 yeri qeyd edərkən keçən il müəyyən olunan keçid ballarından nisbətən az fərqlə yuxarı olan ixtisasları seçmək olar. Lakin ballarına uyğun və ondan aşağı ixtisaslar da qeyd olunmalıdır. Bəzi universitetlərdə yeni yaradılan ixtisasları seçərkən isə digər ali təhsil müəssisələrinin ötənilki keçid balı nəzərə alınmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Ali məktəblərə ixtisas seçimi başlanıb Nələrə diqqət edilməlidir EKSPERT RƏYİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ