Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib

Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib

Tarix: 15 Avqust 2019 19:29

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 15-də saat 15:00-dan etibarən şagird yerdəyişməsi sistemi istifadəyə verilib.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şagirdlərin elektron yerdəyişməsi sistemi istifadəyə verilib


RƏYLƏR