Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toppuş bacı” ilə bağlı BƏD XƏBƏR: yenidən...

“Toppuş bacı” ilə bağlı BƏD XƏBƏR: yenidən...

Tarix: 23 Avqust 2021 11:40

Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

Sonxeber.net axşam.az-a istinadən xəbnər verir ki, aktrisanın bədənində yenidən şiş aşkarlanıb. 

"Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyaterapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunu da atladacam",  - bildirib. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.


Etiketlər:  Toppuş bacı ilə bağlı BƏD XƏBƏR yenidən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ