Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 14:38
İran-Türkiyə sərhədində yerləşən "Bazərqan" sərhəd-keçid məntəqəsində yük maşınlarının kilometrlərlə uzanan növbələri yaranıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yaranan acınacaqlı vəziyyətə etiraz edən narazı sürücülər deyir:
"Növbənin uzunluğu təxminən 10 kilometrə çatır və hər bir yük maşınının gömrük terminalından və sərhəddən keçməsi 10 gün çəkir. Gömrüyün maşın parkı isə doludur. Biz sürücülərin günahı nədir......?!"
Onlar habelə səlahiyyətli orqanlara səsləniblər: "Əgər belə bir sadə işin öhdəsindən gələ bilmirsinizsə, istefa verin...".