Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 15:20
ABŞ Əfqanıstandan çıxarılan hərbi kontingentinin Qırğızıstan ərazisində yerləşdirilməsi üçün bu ölkəyə rəsmi müraciət ünvanlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev bəyan edib.
Nazri qeyd edib ki, bu formatda əməkdaşlıq məsələsi hələ ki, gündəmdə deyil.
O, xatırladıb ki, Qırğızıstan əvvəllər də NATO hərbçilərini qəbul edib. 2001-2009-cu illərdə alyansın qoşunları "Manas" aeroportundakı hərbi bazadan istifadə edib.
Həmçinin, Kazakbayev vaxtilə ABŞ ordusunun Qırğızıstanda yerləşdirilməsi barəsində müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığını da bildirib.