Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 11 terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb, 3 silahlı məhv edilib

Türkiyədə 11 terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb, 3 silahlı məhv edilib

Tarix: 25 Avqust 2021 10:04

Türkiyənin İstanbul şəhərində ölkədə həyata keçirilmiş bir neçə terror aktında iştirak etmiş PKK üzvü yaxalanıb.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Qeyd edilir ki, şərti adı "Rodi Çevlik" olan Sonuç Gürdeğir İstanbulun Ataşəhir rayonunda yaxalanıb. O, 11 terror aktında iştirak edib. Sonuç Gürdeğir 2014-cü ilin 10 sentyabrında Bingöldə təhlükəsizlik rəsmisinin və mühafizəçisinin yaralanması, habelə təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının həlak olması ilə nəticələnən terror aktında iştirak edib. Bununla yanaşı, 2016-cı ilin 1 avqustunda zırehli avtomobilin partladılması, 7 polis əməkdaşının öldürülməsi, 3-nün yaralanması ilə nəticələnən digər terror aktında iştirak edib. Sonuç Gürdeğir eləcə də digər terror aktlarının iştirakçısı olub. O, xüsusi əməliyyatla yaxalanıb.

Türkiyənin cənub-şərqindəki Şirnak əyalətində isə PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. Bu barədə isə "Anadolu" agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirib.

Nazirliyin məlumatına görə, "Eren" antiterror əməliyyatının 13-cü mərhələsi Qabar dağlıq dağ silsiləsi ərazisində jandarmeriya qüvvələrinin xüsusi təyinatlı dəstəsinin iştirakı ilə davam edir.

Türkiyənin Hərbi Hava Qüvvələri əməliyyata aktiv dəstək verir. Terrorçulara qarşı həmçinin pilotsuz təyyarələr tətbiq edilir.

Milli.Az


Etiketlər:  Türkiyədə terror aktında iştirak etmiş üzvü yaxalanıb silahlı məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ