Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Aberdin”in baş məşqçisi “Qarabağ”la oyundan danışdı: “Cavab matçına köklənmişik“

“Aberdin”in baş məşqçisi “Qarabağ”la oyundan danışdı: “Cavab matçına köklənmişik“

Tarix: 25 Avqust 2021 19:14

"Qarabağ"la oyunda nə isə xüsusi bir şey olacağına ümid edirəm. Futbolçular da matçın klub üçün nə qədər dəyərli olduğunu başa düşür".

Milli.Az apasport-a istinadən xəbər verir ki, bunu Şotlandiyanın "Aberdin" klubunun baş məşqçisi Stiven Qlass deyib. Mütəxəssis Konfrans Liqasının "Qarabağ"la sabah keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb: "Oyunçulara azarkeşlərdən nə qədər dəstək alacaqlarını demişəm. "Qarabağ"la görüşdə tribunalarda böyük dəstək olacaq. Futbolçularımız da bu ab-havanı gözləyir və onun qarşılığını oyunu ilə verəcək".

O, oyunçuların fiziki durumundan da razılığını dilə gətirib: "Mövsüm ərəfəsində toplanış planı düzgün quranda fiziki baxımdan belə oyunlara hazır olursan. Əgər futbolçu böyük klubda oynayırsa, əvvəl avrokuboklarda, ardınca həftəsonu çempionatda oynamaq gücündə olmalıdır. Oyunçularım onları nə gözlədiyini bilirlər. Onlar öz orqanizmlərini buna hazırlayıblar. Bizi yığmalarla bağlı fasilə ərəfəsində möhtəşəm oyun gözləyir. Əgər bu sınaqdan üzüağ çıxsaq, mövsümün startını əla hesab etmək olar".

Qlass Bakıdakı 0:1 hesablı məğlubiyyəti də yada salıb: "İstənilən məğlubiyyət arzuolunmazdır. "Qarabağ"la matçın ilk yarısında meydana uyğunlaşa bilmirdik. Keyfiyyətli oyun göstərmək istəyəndə top meydançada ilişib qalırdı. Oyunun ikinci hissəsi isə daha rahat keçdi. Bu ümidverici məqam idi. Qrupdan kənar qalmaqla barışa bilmərik. Bu üzdən tamamilə cavab oyuna köklənmişik".

Baş məşqçi Bakıdakı meydanı da xatırlayıb: "Meydan rüsvayçılıq idi. Buna görə də futbolçumuz zədələndi. Amma bəhanə axtarmırıq və cavab oyununu gözləyirik. Aberdində meydançanın yaxşı olması təkcə bizim deyil, rəqibin də xeyrinə olacaq. Zədələr səbəbindən müdafiə xəttində çətinliklərimiz var. Amma bu hər komandanın başına gələ bilər. Oyun barədə nikbin fikirdəyəm və bədbinliyi yaxın buraxmıram. Bu da əsas amildir. Mövsüm üçün heyəti gücləndirməyə çalışacağıq. Lazım olan mövqelərə oyunçular alacağıq".

Milli.Az


Etiketlər:  Aberdinin baş məşqçisi Qarabağla oyundan danışdı Cavab matçına köklənmişik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ