Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: Millimiz Fransaya da uduzdu

Avropa çempionatı: Millimiz Fransaya da uduzdu

Tarix: 25 Avqust 2021 21:22

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxacaq. Milli.Az matc.az-a istinadən bildirir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsindəki sonuncu sınağında Fransa yığması ilə qarşılaşıb.

Bu oyun da komandamız üçün uğursuz alınıb. Düzdür, əvvəlki görüşlərdən fərqli olaraq, bu qarşılaşmada voleybolçularımız bir seti qalib başa vura biliblər. Amma görüş yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitib.
 
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı əvvəlki oyunlarında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya 0:3 hesabı ilə uduzmuşdu. Xalı olmayan yığmamız sonuncu - 6-cı pilləni tutub.
 
Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.
 
Avropa çempionatı
A qrupu
25 avqust
 
Azərbaycan - Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)

Milli.Az


Etiketlər:  Avropa çempionatı Millimiz Fransaya da uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ