Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 08:30
"Taliban" hərəkatının nümayəndəsi Zabiullah Mücahid bildirib ki, Qərb ölkələri öz vətəndaşları ilə birlikdə Əfqanıstandan yerli ixtisaslı mütəxəssisləri də təxliyə edir.
"Ölkəmizin işlərinə qarışmamalı və insan resurslarını - həkimləri, müəllimləri, digər vacib insanları əlimizdən almamalıdırlar... Onlar Amerikada ya qabyuyan, ya da aşpaz olacaqlar. Bu, insanlıqdan uzaq bir addımdır", - deyə Mücahid "New York Times" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, "Taliban" əvvəllər ABŞ üçün işləmiş tərcüməçiləri və digər əfqanları təqib etmir və bu insanları vətənlərində heç təhlükə gözləmir.
Bundan əvvəl Mücahid bildirmişdi ki, ABŞ Əfqanıstan elitasını ölkədən getməyə sövq etməməlidir.