Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Qalatasaray” və “Fənərbağça” qrup mərhələsində!

Avroliqa: “Qalatasaray” və “Fənərbağça” qrup mərhələsində!

Tarix: 27 Avqust 2021 07:26

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, bununla da qrup mərhələsinə son 10 vəsiqənin sahibi müəyyənləşib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşıb. Praqadakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Sözügedən qarşılaşmada ilk qolu məhz Emreli vurmuşdu. Azərbaycan millisinin hücumçusu 2:1 hesabıyla qalib gəldikləri cavab görüşündə dubla imza atıb və komandasını Avroliqanın qrup mərhələsinə daşıyıb.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Finlandiyada HJK (Helsinki), "Qalatasaray" isə İstanbulda Danimarka "Randers"i ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul nəhəngləri bu rəqiblərinə qalib gəlməklə qrup mərhələsinə vəsiqə qazanıblar.

Avropa Liqası
Pley-offun cavab oyunları
26 avqust

Alaşkert (Ermənistan) - Reyncers (Şotlandiya) 0:0
İlk oyun - 0:1

HJK (Finlandiya) - Fənərbağça (Türkiyə) 2:5
İlk oyun - 0:1

Zarya (Ukrayna) - Rapid (Vyana, Avstriya) 2:3
İlk oyun - 0:3

Qalatasaray (Türkiyə) - Randers (Danimarka) 2:1
İlk oyun - 1:1

Alkmaar (Niderland) - Seltik (Şotlandiya) 2:1
İlk oyun - 0:2

ÇFR Kluj (Rumıniya) - Srvena Zvezda (Serbiya) 1:2
İlk oyun - 0:4

Slovan (Bratislava, Slovakiya) - Olimpiakos (Yunanıstan) 2:2
İlk oyun - 0:3

Legiya (Polşa) - Slaviya (Praqa, Çexiya) 2:1
İlk oyun - 2:2

Antverpen (Belçika) - Omoniya (Kipr) 2:0 (penaltilər 3:2)
İlk oyun - 2:4

Şturm Qraz (Avstriya) - Mura (Sloveniya) 2:0
İlk oyun - 3:1

Milli.Az


Etiketlər:  Avroliqa Qalatasaray Fənərbağça qrup mərhələsində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ