Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 13:05
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin ilk qonağı müğənni Nəfəs olub.
Sonxeber.net xəbər verir ki, müğənni sənətinə olan sadiqliyindən danışıb:
"Heç bir kişiyə görə sənətimi qurban etmərəm. Bəlkə nə vaxtsa sənət mənə vəfasızlıq edəcək, amma mən bu halımda sənətimə vəfasızlıq etmək istəmirəm. Çünki bu sənətlə qazandığım imkanla ayaq üstündəyəm. Bir yox, bir neçə şəxs olub ki, sənətini atmağımı və onunla ailə qurmağımı istəyib. Ən çox da təzə başladığım zamanlarda. Ev, maşın, mülk vədləri də olub. Onların da bir gün sonu olur, çünki mənim deyil".