Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 13:48
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı ölkədə ictimai yerlərdə musiqini qadağan etməyə hazırlaşır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The New York Times" qəzetinə müsahibəsində hərəkatın rəsmi nümayəndəsi Zəbihulla Mücahid bildirib.
O, İslamda musiqinin qadağan olunduğunu əsas gətirib.
"Ümid edirik ki, bunu təzyiq yolu ilə deyil, əhalini inandırmaqla nail ola biləcəyik", - deyə "Taliban"ın mətbuat katibi əvəzi Z. Mücahid bildirib.