Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərinin vərəm xəstəliyi

Dərinin vərəm xəstəliyi

Tarix: 28 Avqust 2021 07:03

Dərinin vərəm xəstəliyi dünyanın bütün ölkələrində yayılmış xəstəliklərdəndir. Xəstəlik xroniki və residivləşən xüsusiyyətə malikdir.
Xəstəliyin əmələ gəlməsinə vərəm bakteriyaları səbəb olur. Bakteriyalar qrammüsbət olub ətraf mühitə davamlıdırlar, kapsul və spor əmələ gətirmirlər.
Xəstəliyi əmələ gətirən bakteriyalar normal dərini asanlıqla xəstəliyə yoluxdura bilir. Xəstəliyə yoluxma riski altında aşağıdakı adamlar ola bilirlər:
- orqanizmində hormonal dişfunksiya olan adamlar
- əsəb sistemi xəstə olan adamlar
- vitamin balansı pozulmuş adamlar
- su-duz mübadiləsi pozulmuş adamlar.
Xəstəliyin əmələ gəlməsində sosial faktorların, infeksion xəstəliklərin, orqanizmin müdafiə qüvvəsinin  azalmasının da böyük rolu olduğu söylənilir.
Dərinin birləşdirici toxumasının müxtəlif fizioloji faktorlara qarşı həssas olması dərinin vərəm xəstəliyinə asanlıqla yoluxmasına səbəb olur. Dərinin ətrafdakı xəstəliklərə allergiya vermək qabiliyyəti yoluxmuş dəri toxumasında bakteriyaların çoxalması üçün şərait yaradır.
Diaqnozun qoyulması zamanı dəridə əmələ gələn kəskin kandilomaların geniş siflitik kondilomalara çevrilməsi bir istiqamət olaraq götürülür. Diaqnostika zamanı ikincili siflis əlamətlərinin olması və qanın seroloji müayinəsinin müsbət göstəricisi xəstəliyin diaqnozunu təsdiqləyir.
Müalicə zamanı kandilomaların əmələ gəlməsinin səbəbini tapmaq və həmin istiqamətdə müalicə tədbirləri ararmaq lazımdır. Dəri vərəmi zamanı kompleks müalicə tədbirləri aparılır. Xəstəyə həkimin göstərişi ilə izoniazid, iditubazid, antibiotiklər və vitaminlər təyin edilir. Xəstəyə bol vitaminli qidalar, zülallı, yağlı, karbohidratlı, duzsuz dieta təyin edilir.
Müalicə yaz və payız aylarında təkrarən aparılır, çünki xəstəlik residiv verə bilir.


Etiketlər:  Dərinin vərəm xəstəliyi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ