Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu (FOTO)

MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu (FOTO)

Tarix: 16 Avqust 2019 13:32

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) əməkdaşı Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə keçirilən Dünya Çempionatında ikinci yerə layiq görülüb.

Nazirlikdən Trend-ə bildirilib ki, Qırğızıstanın Çolpon-Atada şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 108 idmançı iştirak edib. Hər görüşün müddəti 1 saat 20 dəqiqə olan yarışda 86 kişi, 21-i qadın mübarizə aparırıb.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Madaminov Aziz adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb.
Finalda rusiyalı Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.
Qeyd edək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub.

Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  əməkdaşı bilyard üzrə dünya ikincisi oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ