Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 14:15
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən I Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, məşhur fotojurnalist, Azərbaycanın ən yaxşı müasir fotoqraflarından olan Fərid Xayrulinə (1947-2020) həsr olunmuş xatirə sərgisi keçiriləcəkdir.
Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "İçərişəhər" Muzey Mərkəzi, Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİHM), həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin birgə dəstəyi ilə həyata keçirilir.
30 avqust - 5 sentyabr 2021-ci il tarixlərində Şirvanşahlar Sarayı Kompleksinin birinci həyətində baş tutacaq xatirə sərgisində, fotoqrafın şəxsi kolleksiyasından olan 40-dan çox əsəri nümayiş olunacaqdır.
Fərid Xayrulin, bütün yaradıcılıq fəaliyyəti ərzində, ölkəmizin fotosalnaməsini yaradıb. O, dünyanın bir çox ölkələrində baş verən mühüm beynəlxalq hadisələri işıqlandırmaqla, çoxsaylı xarici səfərlərdə fotoreportajlar hazırlayaraq, daim coşqun hadisələrin mərkəzində olmuşdur. Fərid Xayrulin, qaynar nöqtələrdə o cümlədən, Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda olub, onun kadrları 20 Yanvar faciəsini əks etdirib. Xayrulin TASS və Reuters daxil olmaqla, bir çox tanınmış xəbər agentlikləri ilə sıx əməkdaşlıq edib.
Fərid Xayrulin Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Həsən bəy Zərdabi adına mükafatın laureatı, "Humay" mükafatının birinci laureatı, "Qızıl Arqus" mükafatının və çoxsaylı respublika və xarici fotosərgilərin mükafatlarının sahibidir. Onun fərdi sərgiləri dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Mərakeş, Çin, İran, İsveçrə, Almaniya, Kuba və Meksikada keçirilib. O, SSRİ Fotorəssamları İttifaqının İdarə Heyətinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Fərid Xayrulinin əsərləri Almaniyada, İsraildə, ABŞ-da, Böyük Britaniyada, Rusiyada və digər ölkələrdə dövlət və özəl qalereyaları bəzəyir.
Onun "Neftin haqqı" adlı ekoloji silsiləsi Böyük Britaniya XİN Ekologiya Departamenti nəzdindəki muzeyə daxil olan fotoqrafiya sənətinin ilk əsəri olub; bundan əvvəl orada yalnız rəsm əsərləri nümayiş etdirilmişdir.
F. Xayrulin bir sıra kitab və nəşrlərin müəllifidir, onun əsərləri bir çox bədii və tarixi nəşrlərə ("Azərbaycan - mənim diyarım", "Şahdəniz", "Müasir Azərbaycan memarlığı", "Xocalı soyqırımı" və s.) illüstrasiyalar kimi daxil olub, həmçinin fototəsvirləri paytaxt bilbordlarını bəzəyir, mütəmadi olaraq KİV-də dərc olunur.
F. Xayrylin bir sıra kitab və nəşrlərin müəllifidir. "Azərbaycan mənim səxavətli diyarımdır", "Şahdəniz", "Müasir Azərbaycan memarlığı", "Xocalı soyqırımı" və s. bədii və tarixi nəşrləri onun illüstrasiyaları və əsərləri bəzəyir. Onun əsərləri mütəmadi olaraq böyük şəhərin reklam lövhələrində və kütləvi inforfmasiya vasitələrinin səhifələrində görünür.
***
Sərgi çərçivəsində fotoqrafın xatirə axşamı da keçiriləcəkdir. Axşamda Fərid Xayrulinin həmkarları, dostları və ailə üzvləri iştirak edəcəklər.
Tədbirin açılışı:
30 avqust 2021-ci il, Saat 19:30
Giriş dəvətnamə ilədir.
*Tədbirə "Zoom" canlı yayımı və festivalın YouTube səhifəsi vasitəsilə də qatılmaq mümkündür.
***
Sərginin müddəti:
30 avqust - 5 sentyabr, 2021-ci il
Giriş yalnız sərgiyə ödənişsizdir.
İş rejimi:
Saat 10:00-dan - 19:00-dək
Ünvan: İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi (Qəsr döngəsi 76)