Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 16:33
Səhər oyandıqda, duşdan sonra, yatmazdan əvvəl, üzümüzü hər yuduqda dəsmaldan istifadə edirik. Lakin bu dəsmallar cildi quruladığı qədər bəzi fəsadların yaranmasına da səbəb olur.
Sonxeber.net Axşam.az-a istinadən yanlış istifadə olunduqda üz dərisində əmələ gələ biləcək problemləri və üz dəsmalından düzgün istifadə qaydalarını təqdim edir.
Sızanaq yaradır
Nəmli mühitdə qaldığı halda dəsmallar bakteriya mənbəyinə çevrilir. Dəsmalı üzünüzə sürtdükdə bütün bakteriyaları birbaşa dərinizə daşıyır və nəticədə məsamələrin tıxanmasına səbəb ola bilər.
Dərinin daha tez qocalmasına səbəb olur
Duşdan sonra nəm dəriyə çəkdiyiniz nəmləndirici kremlər daha alt qatlara nüfuz etməsi üçün üzü qurulamaq heç də yaxşı fikir deyil. Bu zaman üst təbəqəyə çəkdiyiniz məhlul dəriyə nüfuz etmədən onu silmiş olursunuz. Bu davamlı olduğu halda cildiniz daha da kobudlaşır və erkən qırışların yaranmasına imkan yaradır.
Cildiniz yağlanacaq
Dəsmal cildi quru etdiyi kimi, bəzi insanlarda tam əksi yağlanmaya sənəb ola bilər. Üzünüzü quruladığınız zaman cildiniz üçün müalicəvi olan təbii yağlar azalmış olur. Dəri ehtiyac duyduğu yağ miqdarını artırmaq üçün daha çox istehsal etməyə başlayır, bu daha çox yağlanmaya və sızanaqların əmələ gəlməsinə səbəb olur.
Düzgün istifadə yolları
Üzünüzlə bədəninizi eyni dəsmalla qurulamayın. Dəsmalı daim nəmli mühitdə, hamamda saxlamayın. Tez-tez yuyun. Yuyarkən tərkibində kimyəvi maddələr çox olan vasitələrdən istifadə etməyin. Üz dəsmalını bütün digər geyimlərinizlə birgə deyil, ayrı yuyun. Uzun müddət eyni dəsmaldan istifadə etməməyə çalışın. Üzünüzü yumşaq toxunuşlarla qurulamağa çalışın.