Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 19:22
"Taliban" ABŞ vətəndaşlarına və əfqan tərəfdaşlarına 31 avqustdan sonra təhlükəsiz keçid icazəsi verəcək".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib ki, sentyabrın 1-dən etibarən Əfqanıstanda ABŞ səfirliyi olmayacaq:
"ABŞ quruda daimi hərbi varlığı olmadan da Əfqanıstandakı terrorizm təhdidinin qarşısını ala bilər. İŞİD-ə qarşı daha çox əməliyyat keçirilməsi dəyərləndirilir".