Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqan idmançılar Tokio paralimpiadasına qatılmaq üçün Yaponiyaya gəliblər

Əfqan idmançılar Tokio paralimpiadasına qatılmaq üçün Yaponiyaya gəliblər

Tarix: 29 Avqust 2021 19:58

Əfqanıstanda yaranmış ağır vəziyyətlə əlaqədar Tokio Paralimpiya Oyunlarına qatılmaq üçün Yaponiyaya gələn bilməyən iki idmançı şənbə günü bu ölkəyə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əfqan idmançılarla görüşən Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsons bu münasibətlə onları təbrik edib. Əfqan idmançıların Paralimpiya Oyunlarına qatılacağı gözlənilir.

Bildirilir ki, əfqan idmançılar Kabildan BPK-nın, BMT-nin qaçqınlar üzrə komissarının, Böyük Britaniya, Avstraliya və Fransa hökumətlərinin köməyi ilə təxliyə olunublar. İdmançılar Dubay vasitəsilə Parisə, sonra oradan Yaponiyaya gəliblər. Hava limanında başqaları üçün bağlı olan zonada lazımi proseduralardan keçiblər.

Qeyd edək ki, Paralimpiada Oyunlarında Əfqanıstandan iki idmançının qatılacağı gözlənilirdi. Onlardan biri Zəkiyə Hudadadi Əfqanıstanı Paralimpiya Oyunlarında təmsil edən ilk əfqan qadın olacaqdı. Əfqanıstan komandasının Tokioya avqustun 17-də gəlməsi planlaşdırılsa da, ölkədə yaranmış çox ağır vəziyyətlə əlaqədar komandanın səfəri təxirə salınmışdı.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Əfqan idmançılar Tokio paralimpiadasına qatılmaq üçün Yaponiyaya gəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ