Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 23:20
Qərb ölkələri təxliyə müddəti ərzində Əfqanıstandan 140 min nəfərə yaxın insanı çıxarıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NATO-nun nümayəndəsi, Əfqanıstandan təxliyə üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo bu gün Corriere della Sera qəzetinə müsahibəsində bildirib. O, təxliyənin təşkilində bir sıra logistik problemlər olduğunu qeyd edib.
"Kabildən adətən gündə maksimum altı mülki və iki hərbi uçurdu. Biz 120 təyyarə göndərirdik. İki həftə ərzində illik həcmin 80 faizi qədər - 140 min sərnişin uçub", - deyə İtaliya Hərbi Hava Qüvvələrinin son reysi ilə Romaya qayıdan diplomat vurğulayıb. Onun fikrincə, Əfqanıstandan qaçqın axını qonşu ölkələrə yerüstü marşrutlarla davam edəcək, oradan onları qəbul etməyə hazır olan ölkələrə təyyarələr uçur.
La Repubblica qəzetinin məlumatına görə, ABŞ Kabildən 105 minədək, Böyük Britaniya 13,7 min, Kanada 3,7 min, Almaniya 5 mindən çox insanı daşıyıb. İtaliyanın təxliyə etdiyi 5 mindən çox insanın 4,9 mini Əfqanıstan vətəndaşıdır ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.