Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ağır avtoqəza zamanı 6 nəfər ölüb

Rusiyada ağır avtoqəza zamanı 6 nəfər ölüb

Tarix: 30 Avqust 2021 05:06

Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı - Koçubey avtomobil yolunda baş verib.

Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur.

Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, "Honda Prestige" markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil "Lada Niva", "Toyota Corolla" markalı minik avtomobilləri və "Suzuki" markalı yük maşını ilə toqquşub.

Milli.Az


Etiketlər:  Rusiyada ağır avtoqəza zamanı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ