Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 10:56
Əfqanıstanda baş verənlər genişmiqyaslı humanitar böhrandır. MDB və KTMT ölkələri üzərində terror təhlükəsi artır.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
O, Əfqanıstanı artıq 4 milyon insanın tərk etdiyini bildirib:
"Bunların 80%-i qadınlardır. Bu, həqiqətən də ən böyük humanitar böhrandır və qaçqınlarla bağlı vəziyyət təəssüf ki, hər keçən gün daha da pisləşir", - Slutski vurğulayıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Əfqanıstanın çox hissəsi bir neçə gün ərzində Talibanın hakimiyyəti altına keçdi və bu reallıqla hesablaşmaq lazım gələcək:
"Daha dəqiq ifadə edə bilməzsiniz. ABŞ sayəsində indi bu "reallıq"da milyardlarla dollar dəyərində silahlar var və bütün bunlar sözün əsl mənasında sizin yanınızdadır - MDB və KTMT ölkələrinin", - siyasətçi əlavə edib.