Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 17:02
Sosial şəbəkələrdə Neftçala rayonunda vətəndaşların küçədə şantajla vaksinə cəlb edilməsi iddia olunan görüntülər yayılıb.
Görüntülərin bu gün saat 11:00-da rayonun X.Cəfərov küçəsində çəkildiyi qeyd olunur. İddia olunur ki, bir polis əməkdaşı və 4 tibb bacısı avtomobillə qapı-qapı gəzərək insanları qorxudur və vaksinə məcbur edirlər: "Onları pensiya ala bilməmələri, mağazaya girişə məhdudiyyət, cərimə olunacaqları və digər hallarla qorxudub şantaj edirlər. "VAZ 2107 markalı avtomobillə gəlib insanlara vaksin vurdururlar".
Yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Neftçala rayonu ərazisində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları rayon ərazisində pandemiya ilə əlaqədar mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirir, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı sakinlərlə profilaktiki söhbətlər aparırlar".
Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.