Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 10:56
Ermənistanda yeni qurulan hökumətin üzvlərinin ilk səfərlərini Rusiyaya etməsi artıq adət halını alıb. Bu səfərlər işgüzar səfər adlansa da, realda tam fərqli bir şeydir. Biz bunu bir növ erməni rəsmilərin Kreml qarşısında sədaqət testi və ya andiçməsi kimi də qəbul edə bilərik.
Sonxeber.net bildirir ki, bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya işgüzar səfərini şərh edərkən deyib.
Politoloq Ararat Mirzoyan qərbyönümlü olduğunu deyib:
"Bunu Rusiya da yaxşı bilir və deyərdim ki, Kreml bu təyinatdan narazıdır. Rusiya qərbyönümlü erməni naziri yoxlamaq istəyir. Yəni Moskva Mirzoyanın düşüncələrini bilməyə, onun rəhbərliyində Ermənistan xarici siyasətinin necə formalaşacağını müəyyən etməyə çalışır.
Bu gün Rusiya siyasətçiləri də yaxşı başa düşür ki, Ermənistan bəzi şeyləri artıq anlayır. Rəsmi İrəvan bilir ki, Kreml onun işğalçılıq siyasətinə dəstək verməyəcək. Bu baxımdan Ermənistan üzünü Qərbə çevirib, başda Fransa olmaqla, yeni "müttəfiqlər" axtarmalıdır. Görünür, Ararat Mirzoyan da belə düşünən şəxslərdəndir. Biz bunu onun Rusiyaya işgüzar səfərindən sonra daha çox hiss edəcəyik".