Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” Mbappe ilə danışıqları dayandırıb

“Real” Mbappe ilə danışıqları dayandırıb

Tarix: 31 Avqust 2021 11:16

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappenin gələcək taleyinə aydınlıq gəlib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 22 yaşlı hücumçu karyerasını Paris təmsilçisində davam etdirəcək.

Forvardın xidmətində maraqlı olan "Real" PSJ ilə danışıqları dayandırıb. Mbappe üçün 170 milyon avro ödəməyə hazır olan İspaniya nəhənginin təklifi fransalıları qane etməyib. PSJ isə oyunçu üçün 200 milyon istəyib.

Futbolçunun özü də mövsümün sonuna qədər klubda qalmağa razılaşıb. Yeni müqavilə imzalamayacaq Killian gələn ilin yayında azad agent statusu alacaq.

Qeyd edək ki, Mbappeni heyətə qata bilməyən "Real" Fransa "Renn"inin yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün 30 milyon avro təklif edib.

Milli.Az


Etiketlər:  Real Mbappe ilə danışıqları dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ