Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 12:10
Ankarada Salih Ö. adlı şəxs keçmiş həyat yoldaşı Ebru Yüksel və onun sevgilisi Mustafa D-ni amansızcasına güllələyib. Ardınca da hadisə yerində olan 4 yaşlı qızı güllə ilə yaralayıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, Saleh O. daha sonra eyni silahı başına tutaraq intihara cəhd edib. Xəstəxanaya aparılan Ebru Yüksel vəfat edib.
İddialara görə, 38 yaşlı Salih Ö. keçmiş həyat yoldaşı 33 yaşlı Ebru Yüksel və sevgilisi Mustafa D. ilə mübahisə edib. Başından yaralanan Mustafa D. və körpə İsra Ö-nin vəziyyətinin normal olduğu, qatilin isə həyatına təhlükə olduğu bildirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Kamran Seyidov