Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio-2020: Azərbaycan paralimpiyaçısı ikinci qızıl medalını qazandı

Tokio-2020: Azərbaycan paralimpiyaçısı ikinci qızıl medalını qazandı

Tarix: 31 Avqust 2021 12:38

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Milli.Az bildirir ki, üzgüçü Roman Saley ikinci mükafatını əldə edib.

Milliləşən belaruslu sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə çempionluq sevinci yaşayıb.

Saley finişə 52,69 saniyəyə çatıb. O, ən yaxın izləyicisini 0,18 saniyə qabaqlayaraq özünün ikinci qızıl medalını əldə edib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalı olub. Bunadək 9 qızıl və 4 bürüncü olan yığmamız yubiley - 10-cu zəfərini bayram edib.

Milli.Az


Etiketlər:  Tokio 2020 Azərbaycan paralimpiyaçısı ikinci qızıl medalını qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ