Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 15:00
2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,9 milyon ABŞ dolları) olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, iyul ayı üzrə ixrac 2,6 mlrd dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 milyon ABŞ dolları) birinci, azot gübrələr (12,7 milyon ABŞ dolları) ikinci və şaftalı (12,2 milyon ABŞ dolları) üçüncü olub.