Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 21:56
Daşkəsəndə güllələnmə hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zivlən kəndinə qeydə alınıb.
Kənd sakini, 1949-cu il təvəllüdlü Zahid İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 72 yaşlı kişi tanışı tərəfindən güllələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri araşdırılır.