Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 11:00
Hindistanın Uttar Pradeş ştatının səlahiyyətliləri bu yaxınlarda bir çox insanın ölümünə səbəb olan naməlum virus infeksiyasının səbəbinin denge qızdırması ola biləcəyini bildiriblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssislər aydınlaşdırıblar ki, bu xəstəliyin daşıyıcıları ağcaqanadlardır.
"Simptomlara görə bu, denge qızdırmasıdır. İndi bu xəstəliyin artmasının səbəblərini və bütün ölümləri araşdırırıq", - deyə ştatın səhiyyə problemlərinə nəzarət edən Amit Mohan Prasad qeyd edib.
Xatırladaq ki, daha əvvəl Uttar Pradeş ştatında naməlum xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyü bildirilmişdi. Daha sonra əyalətin səhiyyə naziri bu məlumatı təkzib edib, 32 uşağın və 7 yetkinin hərarətdən öldüyünü açıqlayıb.
Xəstələrin əksəriyyətində yüksək hərarət, qanda trombositlərin səviyyəsində azalma və susuzluq var. Bunlarla yanaşı, xəstələrdə denge qızdırmasına bənzər simptomlar - şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması, yüksək hərarət və limfa düyünlərinin şişməsi də müşahidə edilib.