Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkir sakininin aldığı aviabilet saxta çıxıb - VİDEO

Şəmkir sakininin aldığı aviabilet saxta çıxıb - VİDEO

Tarix: 1 Sentyabr 2021 12:36

Şəmkir sakininin Bakı-Vladiqafqaz reysinə aldığı aviabilet hava limanında saxta çıxıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Tatarlı kəndində yaşayan Cəmil Abdullayev təyyarə biletini avqustun 8-də Şəmkir rayonunun 20 yanvar ərazisində yerləşən, adını xatırlamadığı aviakassadan alıb. Daha sonra PCR testi verib, yükünü toplayıb və müalicə almaq üçün Rusiyaya, Vladiqafqaza yola hazırlaşıb. Hava limanında ona biletin saxta olduğunu deyiblər.  

Cəmil Abdullayev və onunla birgə aldadılan daha 5 nəfər dərhal elə Bakı Beynəlxalq Hava Limanında özünü Sara adı ilə təqdim edən bilet satanla əlaqə saxlayıblar və növbəti dəfə onun yalanına aldanıblar.

Zəzərçəkən Cəmil Abdullayev növbəti dəfə aldadıldığını və pulu ala bilməyəcəyini başa düşdükdən sonra Şəmkir RPŞ-yə müraciət edib. Polis şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda təhqiqat bölməsində bununla bağlı aparılan araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   


Etiketlər:  Şəmkir sakininin aldığı aviabilet saxta çıxıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ