Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 19:00
Əfqanıstanda idarəçiliyi ələ alan Taliban ölüm siyahısını hazırlayıb. Ölkənin Tacikistandakı səfiri Məhəmməd Zahir Ağbar bildirib ki, siyahıda Əhməd Məsud, Talibanın girə bilmədiyi yeganə yer Pençşirdə üsyançıların lideri olan Yar Dostum və özünü müvəqqəti prezident elan edən Emrullah Salih var.
Zahir Ağbar Taliban tərəfindən hədəfə alınan şəxsi də elan edib. Ağbar bildirib ki, Taliban Pencşirdəki müqavimət lideri Əhməd Məsudu öldürməyi planlaşdırır. Ölkənin əfsanəvi komandiri olaraq tanınan Şah Məsudun oğlu Əhməd Məsud Taliban əleyhinə müqavimətin ən əhəmiyyətli üç şəxsindən biri sayılır.
Kamran Seyidov